Samir Abasovun hesabatı - “Sumqayıt” 36, “Neftçi” 31, “Zirə” 8

30 Aprel 2023 15:15 Sumqayıt 1 054
Samir Abasovun hesabatı - “Sumqayıt” 36, “Neftçi” 31, “Zirə” 8

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın XXXII turunda “Kəpəz”lə səfər oyununda ikiqat yubileyə sevinib.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Kəpəz” üzərində qazanılan 1:0 hesablı qələbə 45 yaşlı mütəxəssisin Premyer Liqada 75-ci uğuru olub.

Abasov bunu 190-cı matçında gerçəkləşdirib. Onun rəhbərliyi altında “Sumqayıt” 36, “Neftçi” 31, “Zirə” 8 dəfə üç xal əldə edib.

O, Azərbaycan çempionatları tarixində 75 və daha çox matçda qələbə sevinci yaşayan 14-cü baş məşqçidir.

Abasovun rəhbərliyi altında 122-ci qarşılaşmaya çıxan “Sumqayıt” 40-cı dəfə qalib gəlib. Bunlardan 36-sı çempionat, 4-ü kuboka təsadüf edib.

Digər Xəbərlər
Xəbər Lenti