Azərbaycanda baş məşqçi futbolçuları məşqə təsbehlə çıxartdı - FOTO

30 Aprel 2023 09:50 Sumqayıt 1 920
Azərbaycanda baş məşqçi futbolçuları məşqə təsbehlə çıxartdı - FOTO

«Kəpəz»in baş məşqçisi Tərlan Əhmədov maraqlı addım atıb.

Dindar olmasıyla bilinən mütəxəssis komanda üzvlərinin önünə təsbehlə çıxıb.

Bu hərəkətiylə özünü «Rubin»in məşhur sabiq çalışdırıcısı Qurban Berdiyevə oxşadan T.Əhmədov təsbehi barmaqları arasında dolaşdıra-dolaşdıra futbolçuları «Sumqayıt»la qarşılaşmaya hazırlayıb.

Görünür, oyunçuların diqqəti onda qaldığından, dünən Premyer Liqanın 32-ci turu çərçivəsində «Sumqayıt»la keçirilən matça (0:1) konsentrasiya ola bilməyiblər.

Hər halda Gəncə təmsilçisi «kimyaçılar»la görüşü zəif keçirdi və praktiki cəhətdən Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən gəlməyi gələn həftələrə saxladı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti