Samir Abasovdan səmimi sözlər: "Əziyyət çəkirik, bacara bilmirik"

29 Aprel 2023 18:50 Sumqayıt 695
Samir Abasovdan səmimi sözlər: "Əziyyət çəkirik, bacara bilmirik"

"Sumqayıt" Azərbaycan Premyer Liqasının XXXII turunda səfərdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "kimyaçılar"ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün bizə çox vacib xallar lazım idi, uduzmamalı idik. Futbolçularda gərginlik var idi. Onlara bildirmişdik ki, bu gün mübarizə oalcaq, hər mübarizədən qalib çıxmalıyıq. Kim bir qol vursa, oyunu o aparacaqdı. Biz qol vurduq. Gözəl də qol alındı. Ondan əvvəl də Vüsalın yüz faizlik epizodu var idi. Yorğun və ernerji itirmiş halda buradan evə qayıdırıq. Qəbələdə oynamaq çətindir. Buna baxmayaraq yaxşı mübarizə apardıq.

- Özünüzü artıq turnir cədvəlində rahat hiss edirsiniz. Bundan sonra hədəf 6-cı yer ola bilər?

- Vaxtımız var dincəlmək üçün. Hazırda 6-cı yerdən 2 xal geridəyik. İndi yalnız "Səbail"lə növbəti oyunu fikrləşirik. Bundan sonra planlar qura bilərik. 6-cı yer xoş olar. Amma çempionatda qalmaq bizim üçün daha vacibdir.

- Çətin səfərlərdə sanki daha yaxşı oynayırsız. Bu, nə ilə bağlıdır?

- Qışdan sonra ən yaxşı bacardığımız iş çətin vəziyyətlərdən çıxmaqdır. "Sabah" və "Neftçi"dən 10 qol buraxdıqdan sonra "Şamaxı" ilə heç-heçə etdik, "Turan Tovuz"u udduq. Bu, bir komanda üçün çox önəmlidir. Biz stabil olmasaq da, ayaqdayıq. Mənim üçün ən xoş olan şey çətin vəziyyətlərdən çıxa bilməkdir. Bu vəziyyətdən futbolçular özləri çıxır. Məşqçi işi bir faizdir.

- "Qəbələ"yə son dəqiqə qolu ilə məğlub olduqdan sonra futbolçuları psixoloji cəhətdən hazırlamaq çətin olmadı?

- O cür uduzduğumuza görə futbolçular çox məyus olmuşdular. Bu baxımdan çətin idi. Amma yaxşı oynayıb uduzmuşduq. Bu, müsbət məqam idi. Futbolçulara dedik ki, "Kəpəz"ə qarşı da belə oynasaq, qələbə qazana bilərik.

- Güclü komandalara böyük hesabla məğlub olursuz. Bunun səbəbi nədir?

- Qışdan sonra pis oynamırıq. Amma həmin komandalarla matçlarda keyfiyyət baxımından əziyyət çəkirik. Bunlar da yavaş-yavaş düzələcək. O rəqiblərlə hələ ki, bacara bilmirik.

- Vüsal İsgəndərli hər dəfə rəqib azarkeşlərlə polemikaya girir, fanatlara əl-qol jestləri edir. Onunla bu haqda söhbət etmisiz?

- Bu, çox pis şeydir. Amma onunla söhbət etməmişəm. Hər bir halda futbolçu özünə nəzarət etməlidir. Əslində bunu deyəcək adam mən deyiləm. Mən özüm də aqressivəm. Vüsal "Qəbələ" ilə oyunda qol vura bilmədiyinə görə paltardəyişmə otağında ağlayırdı. Azarkeşlərə qarşı davranışlarını danışıb, yoluna qoyacağıq.

Digər Xəbərlər
Xəbər Lenti