AFFA 3 klubdan 3600 manat pul topladı

27 Aprel 2023 13:20 Sumqayıt 476
AFFA 3 klubdan 3600 manat pul topladı

AFFA İntizam Komitəsi Premyer Liqanın XXXI turunda qeydə alınan neqativ hallara görə klubları cərimələyib.

Sportinfo.az xəbər verir ki, “Neftçi” ilə oyunda 4 futbolçusu sarı vərəqə alan “Səbail” 800 manat cəriməyə məruz qalıb.

“Sumqayıt” – “Qəbələ” qarşılaşmasına təcili tibbi yardım maşını təyin olunan vaxtdan gec gəldiyindən, birincilər 400 manat ziyana düşüblər.

Həmçinin, görüşdə meydançaya kənar əşyalar atılıb ki, bu, “gənclik şəhəri” təmsilçisinin daha 1600 manat cərimələnməsinə səbəb olub. Eyni zamanda, 6 oyunçusu sarı vərəqə alan “Qəbələ” də 800 manatlıq cərimə ödəməlidir.

Digər Xəbərlər
Xəbər Lenti