Baş məşqçinin qəzəbinə tuş gəldi, əvəzedici komandaya göndərildi

28 Aprel 2023 13:00 Sumqayıt 1 331
Baş məşqçinin qəzəbinə tuş gəldi, əvəzedici komandaya göndərildi

Rüfət Abdullazadə yayda "Sumqayıt"ı tərk edə bilər.

Bu, baş məşqçi Samir Abasovun istəyidir.

Təcrübəli mütəxəssis 22 yaşlı yarımmüdafiəçinin performansından narazıdır. Sərəncamında görməkdə maraqlı deyil.

Düzdü, hələ bir neçə tur əvvəldən Abasov narazılığını futbolçunun diqqətinə çatdırıb.

Amma Rüfətin son turun "Qəbələ" ilə oyununda (2:3) sonradan meydana çıxıb zəif təsir bağışlaması isə çalışdırıcının hiddətini pik həddə çatdırıb.

Bunun nəticəsidir ki, Abdullazadə bölgə klubu ilə oyundan sonra əvəzedici komandaya göndərilib.

Gənclər millimizin də üzvü olan ön xətt oyunçusu "Kimyaçılar"ın öz yetirməsidir. Onun karyerası bütünlüklə Sumqayıt təmsilçisinə bağlıdır.

Əgər yayda ayrılıq olarsa, onun üçün yeni kollektiv ilk təcrübə olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı