Samir Abasov bu məğlubiyyətdən sonra futbolçularına necə dəstək olub?

28 Aprel 2023 19:00 Sumqayıt 628
Samir Abasov bu məğlubiyyətdən sonra futbolçularına necə dəstək olub?

"Sumqayıt" Premyer Liqanın 31-ci turunda "Qəbələ"dən acı məğlubiyyət aldı - 2:3.

Halbuki "Kimyaçılar" 70-ci dəqiqəyə kimi 2:0 öndə idi.

Meydan sahibləri qələbəyə bu qədər yaxınikən sonda 1 xaldan da məhrum oldular.

Oyundan sonrakı mətbuat konfransında isə baş məşqçi Samir Abasov bütün günahların özündə olduğunu bildirdi. O, hətta paltardəyişmə otağında futbolçularından üzr istədiyini də dilə gətirdi.

Təcrübəli mütəxəssis yalnız üzr istəməyib. Belə ki, o, həm də yetirmələrini paltardəyişmə otağındaca böyük dəstək nümayiş etdirib.

Çalışdırıcı böyük üstünlüyü əldən verib, məğlubiyyət almağının üzüntüsünü yaşayan oyunçularına üz tutaraq "Başınızı dik tutun. Üzülmək vaxtı deyil. Sizin heç bir günahınız yoxdur. Hələ heç nə bitməyib. Bu görüşü unudun. Qarşıda bizi "Kəpəz"lə daha ağır oyun gözləyir. Hər kəs həmin matça hazırlaşsın" - deyə səslənib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti