"Məni qınadıqları üçün onlara haqq verirəm" - "Sumqayıt"dan SƏMİMİ ETİRAF

27 Aprel 2023 17:00 Sumqayıt 545
"Məni qınadıqları üçün onlara haqq verirəm" - "Sumqayıt"dan SƏMİMİ ETİRAF

"Sumqayıt"ın yarımmüdafiəçisi Vüsal İsgəndərli Sportinfo.az-a açıqlama verib.

Təcrübəli oyunçu ilk öncə Premyer Liqanın 31-ci turunda "Qəbələ"yə məğlub olduqları (2:3) qarşılaşma haqqında danışıb:

"Ağır oyun olacağını bilirdik. Düşündüyümüz kimi də oldu. Oyunun gedişində qələbəyə çox yaxın idik.

Sadəcə, etdiyimiz səhvlər qollar buraxmağımıza səbəb oldu. Hücum xəttində düzgün qərarla verə bilmədik nəticədə də məğlub olduq".

27 yaşlı vinger komandasının oyunda ilk qolunun müəllifi oldu. O, son dəqiqələrdə bir qədər diqqətli olsaydı, qol ötürməsi ilə qələbəni təmin edə bilərdi.

Ancaq o, komanda yoldaşı Kamran Əliyevə ötürmək etmək əvəzinə özü fərqlənmək həvəsinə düşdü. Belədə topu itirən ön xətt oyunçusu ciddi narazılıq və tənqidlərlə üz-üzə qalmış oldu.

İsgəndərli özü də barəsində səslənən tənqidlərə haqq qazandırıb:

"Əlbəttə, özümü günahkar hiss edirəm. Məni qınadıqları üçün azarkeşlərimizə haqq da verirəm. Amma bilən bilir ki, orada xəsislik etmədim.

Sadəcə, komanda yoldaşımı görmədim. İnşallah, "Kəpəz"lə oyunda yaxşı oyun və yaxşı qələbə ilə hər kəsi sevindirəcəm".

XANOĞLAN

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!