“Bundan sonra itirmək haqqımız yoxdur” – Elitada qalmaq istəyən legioner

23 Aprel 2023 16:05 Sumqayıt 616
“Bundan sonra itirmək haqqımız yoxdur” – Elitada qalmaq istəyən legioner

“Sumqayıt” “Şamaxı” ilə çətin səfər qarşılaşmasında rəqibin müqavimətini qıra bilmədi – 0:0.

"Kimyaçılar"ın şimali makedoniyalı müdafiəçisi Todor Todoroski Sportinfo.az-ın suallarını cavablandırıb.

- Oyunla bağlı təəssüratların necədir?

- Bizim üçün çətin olacağını bilirdik. “Şamaxı” doğma meydanda kifayət qədər güclü təsir bağışlayır. İndiyə qədər bura səfər edən komandaların heç biri üçün asan olmayıb. Həm süni örtük amili, həm də azarkeşlərin dəstəyi “Şamaxı”ya üstünlük qazandırır. Qalib gəlmək istəyirdik, alınmadı. Eybi yox, qarşıdakı 6 oyuna baxacağıq.

- Qələbə qazanmağınıza nə mane oldu?

- Çox yaxşı imkanlarımız var idi. Xüsusən də cərimə zərbələrindən sonra əlverişli fürsətlərimiz yaranmışdı. Dəqiqlik çatmadı. Bu gün 1 qol vuran oyunu udacaqdı. Nə biz vura bildik, nə də onlar.

- Baş məşqçi Samir Abasov oyundan sonra sizə nə dedi?

- Əsəbi idi. Düzdür, 1 xal faciə deyil. Amma qalib gələ də bilərdik. Baş məşqçimizi narahat edən qol imkanlarından yararlana bilməməyimiz idi.

- Çempionat finişə yaxınlaşır. Səncə, “Sumqayıt” növbəti mövsümdə Premyer Liqada olacaq?

- Bundan sonra hər oyun bizim üçün finala bərabərdir. Hər matça sonuncu kimi yanaşacağıq ki, qalib gəlib, çempionatda qalaq. Evdə, yaxud səfərdə - fərq etmir, 3 xal qazanmağa çalışacağıq. Çünki, bundan sonra itirmək haqqımız yoxdur.

HƏBİB

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!