"Premyer Liqada 100 faiz qalacağıq” - “Sumqayıt”dan deyildi

20 Aprel 2023 19:40 Sumqayıt 943
"Premyer Liqada 100 faiz qalacağıq” - “Sumqayıt”dan deyildi

“Sumqayıt” Şamaxı səfərində qələbə istəyinə çata bilmədi.

“Kimyaçılar” 3 xal arzusuna qovuşsaydı, sonuncu pillələrdə yer alan “Şamaxı” ilə “Səbail”dən 6 xal uzaqlaşacaqdı ki, bu isə komandanın elitada qalması yolunda ciddi addım sayılacaqdı.

İndiki halda təhlükəli zonada yer alan komandalar son üç pillədə qərarlaşanlardır: “Sumqayıt”, “Şamaxı” və “Səbail”.

Sumqayıtlıları sonuncu sıradakı bayıllılardan cəmi 4 xal ayırır.

Komandasının aparıcı futbolçularından olan Todor Todoroski Sportinfo.az-a açıqlamasında tapşırığın öhdəsindən gəlmək üçün azarkeşlərin köməyinə bel bağladıqlarını deməklə yanaşı, elitada qalacaqlarına 100 faiz əmin olduğunu bildirib:

“Möhtəşəm azarkeşlərə sahibik. Şamaxı səfərində bizə lazımi dəstək verməklə özümüzü Sumqayıtdakı kimi hiss etməyimizə şərait yaratdılar.

Qarşıda bizi olduqca vacib oyunlar gözləyir. Bundan sonra hər xal qızıla bərabərdir. Əminəm ki, həmin matçlarda da bizi dəstəkləyəcək, yanımızda olduqlarını göstərəcəklər.

Komandanı dəstəkləsinlər, 100 faiz Premyer Liqada qalacağıq”.

Şimalı makedoniyalı müdafiəçi cari mövsüm elitada “Sumqayıt”ın heyətində meydana çıxdığı 26 oyunda 2 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"