
Şamaxıda yerli komanda ilə “Sumqayıt” arasında keçirilən görüşün ikinci hissəsində maraqlı an yaşanıb.
Mərkəzi sektora yaxın tribunada əyləşən yaşlı azarkeş oyunboyu yerli futbolçuların inkişafının vacibliyini qeyd etməklə yanaşı legionerlərə güvənən klubların siyasətini pisləyib.
Müxtəlif şüarlarla legionerləşməyə etiraz bildiyən fanatın söylədikləri “Sumqayıt”ın prezidenti Riad Rəfiyevin xoşuna gəlməyib.
O, öncə “Şamaxı” rəsmilərini, daha sonra AFFA nümayəndəsi İlham Əliyevi yanına çağıraraq azarkeşin sus(durul)masına dair tapşırıq verib:
“Oyun başlayandan dayanmaq bilmir. Bu dəqiqə baş məşqçimizə qırmızı vərəqə aldıracaq”.
Polislərin də işə qarışmasından sonra həmin azarkeş “zərərsizləşdirilib”.
Riad Rəfiyev xəbərdarlıq etməmişdən bir neçə dəqiqə əvvəl “Sumqayıt”ın baş məşqçisi Samir Abasov tribunadan səsləndirilən şüara tərs baxışla reaksiya verib.
HƏBİB / SPORTİNFO.AZ