Samir Abasov: "Heç kimin Premyer Liqanı tərk etməsini istəmirəm"

16 Aprel 2023 18:35 Sumqayıt 525
Samir Abasov: "Heç kimin Premyer Liqanı tərk etməsini istəmirəm"

"Sumqayıt" Azərbaycan Premyer Liqasının XXX turunda səfərdə "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "kimyaçılar"ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

- İlk dəqiqələrdən gərginlik hiss olunurdu. Hər iki komanda səhv etməkdən qorxurdu. Bu gün itirilən xal fəlakətə bərabər ola bilərdi. Şamaxı çox çətin səfərdir. Bizdən qat-qat yaxşı komandaların burada nə problemlər yaşadğını görmüsüz. Meydança, hava amili təsir edir. Bəzi məqamlarda üstünlüyü ələ keçimişdik. Daha qətiyyətli olsaydıq, 3 xalla dönə bilərdik. Amma buna heyfslənmirik, Çempionat davam edir.

- İkinci hissədə daha çox hücum etdiniz. Bu, "Şamaxı"nın yorulması ilə bağlı idi?

- Yox. İlk hisssə rəqib qapanmışdı. Top onlarda olanda biz də o vəziyyətdə olurduq. İkinci hissədə "Şamaxı" da irəliyə atıldı. Ona görə daha çox hücumlar edə bildik. Oyun davam etdikcə futbolçular açılışır. Təssüf ki, son nöqtəni qoya bilmədik.

- İlnur Valievi artıq birinci qapıçı hesab etmək olar?

- Aydın Bayramov zədədən yeni qayıdıb. 3 gündür bizimlə məşq edir. Kimin birinci qapıçı olduğunu deyə bilmərəm. Kim yaxşıdırsa, qapıda o da duracaq.

- Qarşıda 6 tur var. Nə gözləyirsiz?

- Ən əsası evdəki matçlarda qələbə qazanmalıyıq. Səfərdə "Kəpəz"ə də məğlub olmasaq, ümid etmək olar. Bunu da etməyə çalışacağıq.

- Şahin Diniyev bildirdi ki, Premyer Liqanı kim tərk etsə, bu, həmin klub üçün faciə olacaq. Sizin fikriniz necədir?

- Mən bir ay əvvəl demişdim, fikrimi müzakirəyə çıxardılar. Heç kimin Premyer Liqanı tərk etməyini istəmirəm. Hərə bir cür başa düşür. Deyirlər ki, özünə görə deyirsən. 12 ildir "Sumqayıt" yaranıb. Bizim yaxşı akademiyamız var. Yenidən komanda qurmaq çox çətindir. Çoxları deyir ki, idman prinsipləri pozulur. Mən belə düşünmürəm. Hansısa komandanın Premyer Liqanı tərk etməsi həmin şəhərin futboluna təsir edəcək. Klub sayı artsa, daha yaxşı olar.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"