
"Artıq "Neftçi" ilə oyunu unudub, "Şamaxı" ilə qarşılaşmaya köklənmişik".
"Sumqayıt"ın yarımmüdafiəçisi Süleyman Əhmədov Sportinfo.az-a açıqlamasında belə deyib.
Premyer Liqanın ötən turunda "ağ-qaralar"ı qəbul edən "kimyaçılar" meydandan 0:4 hesablı məğlubiyyətlə ayrılıb.
Onun fikrincə, bu nəticə qarşıdakı tur "Şamaxı" ilə vacib səfər görüşünə mənfi təsir etməyəcək:
"Bizim üçün çox ağır səfər görüşü olacaq. Rəqib istəkli futbolçulara sahibdir.
Bundan əlavə görüş süni örtüklü meydanda keçiriləcək. İki qat ciddi hazırlaşıb, 3 xal qazanmağa çalışacağıq".