"Sumqayıt"la "Neftçi"nin arasındakı əsas fərqi GÖRMƏDİZMİ?

9 Aprel 2023 23:00 Sumqayıt 893
"Sumqayıt"la "Neftçi"nin arasındakı əsas fərqi GÖRMƏDİZMİ?

Premyer Liqada qalmaq uğrunda mübarizə «Sumqayıt»ın iştirakıyla keçməməlidir.

Samir Abasovun komandası qətiyyən bu yerlərə layiq deyil.

Düz sözümdür, «Sumqayıt» orta sıralarda qərar tutmağa layiqdir.

Oyuna baxıb, tabloya göz atmayan hər kəs deyər ki, «Sumqayıt» qalib gələn tərəfdir. Yaxşı oynamadılar, çox yaxşı oynadılar.

Açığı, belə bilməzdim «Sumqayıt»ı. Onları cari mövsüm ilk dəfə bu cür gördüm və izlədim.

Ləzzət elədi. «Sumqayıt»a doya-doya tamaşa elədim və bir 90 dəqiqə də oynasaydılar, usanmadan, gözümü qırpmadan onlara seyrçi olardım.

Bax, mən «Sumqayıt»ın həmişə məhz belə oynamasını istərdim. Bu, başqa «Sumqayıt»dır. Sezonun əvvəlkindən xeyli irəli getmiş «Sumqayıt».

O qol imkanlarını ki bada verdilər, bu, «Sumqayıt»la «Neftçi»nin arasındakı əsas fərq in göstəricisi sayılmalıdır.

Ustalıq keyfiyyətinin aşağı olması növbəti dəfə üzə çıxdı və əhvalı korladı.

Təəssüflənməkdən keçib. Gedən day geri qayıtmır. İrəliyə baxmaq lazımdır.

Samir Abasov bundan belə çalışıb futbolçuları ruhdan düşməsinə imkan verməməlidir.

Ab-havanı tənzimləmək bir nömrəli məsələdir. Təki bu oyunu qoruyub saxlasınlar, qolların və qələbələrin ardı gələcək.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti