
Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu baş tutub.
Sportinfo.az xəbər verir ki, Sumqayıtda eyniadlı komandanın qonağı olan "Neftçi" rəqibini 4:0 hesabı ilə darmadağın edib.
"Ağ-qaralar"ın qollarını 7-ci dəqiqədə Voyislav Stankoviç, 64-cü dəqiqədə Sezar Meza Kolli, 83-cü dəqiqədə İsmayıl Zülfüqarlı və 85-ci dəqiqədə Kilan Lebon vurublar.
Bu qələbədən sonra xallarını 60-a çatdıran "Neftçi" 3-cü pillədəki mövqeyini möhkəmlədib. Hazırda paytaxt klubunu ikinci sıradakı "Sabah"dan cəmi 5 xal ayırır. 24 xalı olan "Sumqayıt" isə 8-ci yerdə qalıb.