
«Mən komandamızın turnir cədvəlindəki mövqeyini daha da yaxşılaşdıracağına inanıram».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın prezidenti Riad Rəfiyev deyib.
«Gənclik şəhəri» təmsilçisi Premyer Liqanın 29 turu ərzində 24 xal toplayıb və 8-ci pillədə yer alıb. Ötən tur Tovuz səfərindən qələbəylə dönən «kimyaçılar» təhlükəli zonadan bir qədər uzaqlaşıb.
Rəfiyev hədəflərinin 6-cı sıraya yüksəlmək olduğunu bildirib:
«Qarşıdakı səkkiz tur bizim üçün çox vacibdir. Çempionat maraqlı və gərgin keçir.
«Sumqayıt» hələ sözünü deməyib. Qış fasiləsindən sonra komandamızın daha yaxşı təsir bağışladığını hər kəs görür.
Rəqiblər arasında fərq qoymuruq. «Sumqayıt» istənilən rəqibə öz gücünü göstərə bilər. Altıncı yerə qalxmağımız mümkündür.
Mən bunu məşqçi və futbolçularımıza da demişəm. Ötən mövsüs komandamızın 8 futbolçusu ölkənin əsas millisinə dəvət alıb.
Bu qədər yaxşı futbolçusu olan komandanın edə biləcəyi çox şey var. Bu, klubumuz, şəhərimiz və futbolçularımızın özü üçün çox vacibdir».