"Neftçi"nin gücü məlumdur, amma biz də azarkeşlərimizi sevindirmək istəyirik"

7 Aprel 2023 22:20 Sumqayıt 560
"Neftçi"nin gücü məlumdur, amma biz də azarkeşlərimizi sevindirmək istəyirik"

"İlk növbədə deyim ki, son turda "Turan Tovuz" üzərində çox vacib qələbə qazandıq.

Bütün komanda olaraq sona qədər mübarizə aparıb əzmkarlıqla 3 xalı aldıq".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın yarımmüdafiəçisi Dieqo Karioka deyib.

"Turan Tovuz" üzərində qələbənin (3:2) sevincini yaşayan "Kimyaçılar"ı bu həftə daha ağır qarşılaşma gözləyir.

Belə ki, doğma meydanda Samir Abasovun yetirmələri "Neftçi"ni qonaq edəcək.

25 yaşlı braziliyalı güclü rəqiblə oyunda da qələbə üçün meydana çıxacaqlarını sözlərinə əlavə edib:

"Bəli, indi bizi olduqca çətin rəqib gözləyir. “Neftçi”nin gücü məlumdur, buna baxmayaraq sona qədər mübarizə aparıb azarkeşlərimizi sevindirmək istəyirik.

Heyətdə bəzi itkilərin olmasına baxmayaraq, istədiyimiz nəticəni əldə etməyə çalışacağıq. Artıq, çempionatın son dövrəsini yaşayırıq, hər oyun bizlər üçün finala bərabərdir".

XANOĞLAN

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!