Baş məşqçi mövsümün sonunu "sıxıb" - Vəzifəli şəxslərin axırına çıxacaq!

7 Aprel 2023 14:40 Sumqayıt 679
Baş məşqçi mövsümün sonunu "sıxıb" - Vəzifəli şəxslərin axırına çıxacaq!

Premyer Liqada işləri qaydasında getməyən «Səbail»də ciddi kadr islahatı aparılacaq.

Bu plan Şahin Diniyevə məxsusdur.

Ötən ilin dekabrında Mahmud Qurbanovun yerinə gətirilən çalışdırıcı «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyevin onunla bağlı mövqeyindən ümidlənib.

Bilindiyi kimi, «Səbail»in rəhbəri klubdaxili toplantı keçirib. O, Premyer Liqada uğursuz çıxış edən komanda üzvləri ilə sərt dildə danışıb, hətta onların üstünə qışqırıb.

Turnir cədvəlində axırıncı yerdə getməyin qəbuledilməz olduğunu bildirən R.Vəliyev Şahin Diniyevə etimad göstərdiyini açıq şəkildə dilə gətirib: «Mən sonadək baş məşqçinin arxasındayam».

«Dənizçilər»in baş sponsoru ötən ilin dekabrında görəvə gələn çalışdırıcıya inamının itmədiyini, ona dəstəyini davam etdirəcəyini söyləyib.

Rauf Vəliyevin çıxışından ruhlanan Ş.Diniyev ASCO-nun bəzi məsul əməkdaşları ilə görüşüb.

O, komandanın istənilən səviyyədə çıxış etməməsinin səbəblərindən danışarkən, Fərəc Əliyev başda olmaqla, bir neçə funksionerin adını çəkib.

Baş məşqçi iddia edib ki, idman direktoru və ona yaxın şəxslər saman altından su yeridir.

Əliyevin onun təyinatına qarşı çıxmasından xəbərdar olan çalışdırıcı bildirib ki, yayda burada qalarsa, «təmizləmə prosesi»ndə aktif rol alacaq və əleyhinə fəaliyyət göstərən idarəçilərin vəzifədən alınmasını istəyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"