“Sumqayıt” dövlətdən aldığı pulu bura xərcləyir - FOTOLAR

6 Aprel 2023 19:00 Sumqayıt 1 527
“Sumqayıt” dövlətdən aldığı pulu bura xərcləyir - FOTOLAR

Uşaq futboluna daim böyük diqqət ayıran “Sumqayıt” növbəti örnək addımla diqqət mərkəzinə düşüb.

“Gənclik şəhəri” təmsilçisi akademiya üçün nəzərdə tutulan standart futbol meydançasının süni ot örtüyünü yenisi ilə əvəzləyib.

Buranın örtüyü ən son standartlara cavab verir. “Sumqayıt” dövlətdən gələn maliyyə yardımı ilə tək süni örtüyü dəyişməyib.

Belə ki, klub həmin meydançanı yeni işıqlandırma sistemi ilə də təmin edib. Yeni salınmış sahənin ətrafında 4 ədəd işıq dirəyi quraşdırılıb.

Bu səbəbdən artıq həmin meydançada havanın qaranlıq olan vaxtlarında məşqlərlə yanaşı aşağı yaş qruplarının çempionat oyunları da keçirilir.

SPORTİNFO.AZ

Xəbər Lenti