Azərbaycan Premyer Liqasının XXVIII turu «Sumqayıt» üçün uğurlu alındı.
«Gənclik şəhəri» təmsilçisi səfərdə «Turan Tovuz»a 3:2 hesabıyla qalib gələrək, təhlükəli zonadan aralanıb.
Xallarının sayını 24-ə çatdıran «kimyaçılar» turnir cədvəlinin 8-ci pilləsində möhkəmlənib.
Əldə olunan qələbə «Sumqayıt»ın paltardəyişmə otağında maraqlı mənzərə yaradıb.
Klubun prezidenti Riad Rəfiyev sevinc hissindən ağlayıb. O, göz yaşlarını saxlaya bilməyib və bu vəziyyətdə futbolçuları qalibiyyət münasibətilə tək-tək təbrik edib.
SPORTİNFO.AZ

