Kişiləri kölgədə qoyan "Sumqayıt"lı xanımlar: FOTOLAR

7 Aprel 2023 19:40 Sumqayıt 1 298
Kişiləri kölgədə qoyan "Sumqayıt"lı xanımlar: FOTOLAR

Bu mövsüm "Sumqayıt" üçün heç də uğurlu mövsüm kimi yadda qalmayacaq.

Belaruslu mütəxəssis Aleksey Baqa ilə sezona start verən kollektiv heç cur uğurlu olmağı bacarmadı.

Artırırlan büdcə, ilk dəfə heyətə cəlb edən legionerlər də müsbət effekt vermədi.

İş o həddə gəldi ki, rəhbərlik əcnəbi mütəxəssislə yolları ayırmaq qərarı verdi.

Yalnız Samir Abasovun təyinatından sonra "kimyaçılar" stabil olmasa da fasilələrlə qələbələr görməyə başladı.

Təcrübəli mütəxəssis böyük yüksəlişə nail olmasa da, ən azı turnir cədvəlinin "zirzəmi"sindən "Sumqayıt"ı xilas edə bildi. İndi qalır komandanı yüksək liqada saxlamaq.

Bu, kişilərdən ibarət komanda ilə bağlı başverənlərin qısa xronologiyasıdır.

Amma xanımlarla bağlı vəziyyət tam başqadır.

Kişilərdən fərqli olaraq "Sumqayıt"ın qadınlardan ibarət komandası mübarizə apardığı Yüksək Qızlar Liqasında rəqib tanımır.

16 turdan sonra aktivindən 1 məğlubiyyət belə olmayan komanda 37 xalla turnir cədvəlinin vahid lideridir.

Hücumçusu Şəfəq Nəsirova isə 59 qolla bombardirlər cəvəlinə başçılıq edir.

Kifayət qədər yüksək göstəricidir. Və kişilərdən fərqli olaraq ən xoş sözlərə layiqdirlər.

Məncə, bir şəhəri təmsil edən iki komanda arasındakı uçurum kişilər üçün də əsl motivasiya mənbəyi olmalıdır. Ki, bu il keçdi, heç olmasa növbəti il xanımların kölgəsində qalmasınlar.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti