«Sumqayıt» Premyer Liqanın ötən turunda çətin səfərdən 3 xalla döndü.
«Turan Tovuz»un qonağı olan «kimyaçılar» oyunun gedişində iki dəfə hesabda geri düşsə də, sonda qələbə qazana bildi.
Bu nəticə sayəsində xallarının sayını 24-ə çatdıran və turnir cədvəlinin təhlükəli zonasından bir qədər uzaqlaşan «gənclik şəhəri» təmsilçisi futbolçularına yüksək mükafat ödəyib.
Komanda üzvləri cari mövsüm ilk dəfə olaraq 1500 manat qazanıb.
Ümumiyyətlə, «Sumqayıt»lılar sezonun qalan hissəsində hər oyuna görə minimum bu qədər mükafat əldə edəcək. Hər halda rəhbərlik kollektivi elitada yerini qorumaq naminə stimullaşdırmaq üçün belə bir qərar verib.
SPORTİNFO.AZ

