"Arsenal"lı Kamran: "Azərbaycan çempionatı mənim üçün tramplindir"

4 Aprel 2023 15:00 Sumqayıt 895
"Arsenal"lı Kamran: "Azərbaycan çempionatı mənim üçün tramplindir"

«Azərbaycan çempionatından tramplin kimi istifadə etməyi düşünürəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın yeni transferi Kamran Əliyev deyib.

24 yaşlı hücumçu «kimyaçılar»a cari ilin əvvəlində qoşulub. Karyerası əsasən Rusiya ilə bağlı olan forvard bura Tula «Arsenal»ından gəlib.

Azad agent statusu alan gənclər yığmamızın sabiq üzvü «gənclik şəhəri» təmsilçisi ilə 2 illik müqavilə imzalayıb:

«Mən hazırda yalnız «Sumqayıt»ı düşünürəm. Doğma vətənimdən təkllif gəldi, mən də məmnuniyyətlə qənul etdim.

İstəyirəm ki, mənə bəslənən ümidləri doğruldum. Bu, çox vacibdir. Çünki məndən gözləntilərin böyük olduğunu bilirəm.

Əlbəttə, bütün futbolçular istəyər ki, daha iddialı komandaların formasını geyinsin. O barədə fikirləşməyin də vaxtı var».

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə