Yalvarır… Amandır, nə olar, gəl məni xilas elə!

2 Aprel 2023 17:40 Sumqayıt 1 584
Yalvarır… Amandır, nə olar, gəl məni xilas elə!

Heç də bütün nağıllar göydən üç almanın düşməsiylə bitmir.

Şahin Diniyev ötən ilin dekabrında AFFA-nın Məşqçilər Komitəsini «Səbail»ə dəyişəndə, elə vədlər vermişdi ki…

İnandırmışdı ki, bundan sonra hər şey yaxşı olacaq,

Bayıl yamacını «alaq otları»ndan təmizləyəcək, buraları güllü güllüstanlığa çevirəcək. «Çox transfer istəmirəm, bir-iki nəfər bəsdir» deyə-deyə, 3-4 futbolçu aldırdı.

Söz vermişdi. Ki, «Səbail»i uğursuzluq zolağından çıxaracaq, orta sıralara daşıyacaq. Hə...

O, komandanı Mahmud Qurbanovdan hansı pillədə təhvil almışdısa, bu gün də həmin yerdədir.

Aradan dörd aya yaxın vaxt keçib, bu müddətdə çox sular axıb, di gəl, «Səbail» yenə turnir cədvəlinin son sırasındadır və gəlib-gədənə əl edir, «amandır, nə olar, məni xilas elə» deyə, hayqırır.

Kimə deyirsən, kimdir eşidən..?

Şahin Diniyev zəif məşqçidir. Orta nəsil məşqçilər məktəbinin Premyer Liqada yeganə təmsilçisi hazırda odur.

Olmasaydı, ondan min dəfə yaxşı idi. Diniyev tək özünün yox, onların da üzünü qaraldır.

O. hələ bunu başa düşmür, yaxud başa düşmək istəmir. İkiəlli tutub yapışıb kreslodan, əməli ilə deyir ki, sən məndən vaz keçsən də, mən səndən öz xoşumla imtina edən deyiləm.

Gəncə səfəri əsas sualın cavabını verdi. «Səbail» 6 xallıq oyunu uduzmaqla, Premyer Liqada qalmaq şansını azaltdı.

«Sumqayıt»la «Kəpəz»in xeyli gerisinə düşən «Səbail»i I Diviziona yuvarlanmaqdan kim və ya nə xilas edə bilər?

İndi son söz Rauf Vəliyevə məxsusdur. Klubun sponsoru baş məşqçiylə bağlı təcili tədbir görməsə, batmaq üzrə olan «gəmi»dən sağ çıxan olmayacaq.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti