"Məhz buna görə baş məşqçini istefaya göndərdik"

30 Mart 2023 09:40 Sumqayıt 1 173
"Məhz buna görə baş məşqçini istefaya göndərdik"

«Baş məşqçi dəyişikliyi sırf nəticələrin uğursuz olmasıyla bağlıdır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.

«Gənclik şəhəri» təmsilçisinin press-ateşesi Vüqar Quliyevin əvəzedici heyətin sükanı arxasından uzaqlaşdırılması barədə qərarın təsadüfi olmadığını bildirib:

«Komandamız bu mövsüm I Divizionda yaxşı çıxış eləmir. Gənclərimiz turnir cədvəlində sonuncu yerdədir.

Ona görə də qarşılıqlı razılıq əsasında baş məşqçi istefaya göndərildi. Vüqar Quliyevdən sonra komanda müvəqqəti olaraq Azər Mehdiyevə tapşırılıb.

O, Quliyevin köməkçisi olub, futbolçuları yaxşı tanıyır. Ümid edirik ki, Mehdiyev əvəzediciləri düşdüyü vəziyyətdən çıxaracaq.

Yəqin ki, mövsümün sonunadək komandanın başında dayanacaq».

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı