"Sumqayıt"ın legioneri millidən yazdı: "Heyrətamiz mübarizə apardıq" - FOTO

30 Mart 2023 02:30 Sumqayıt 1 014
"Sumqayıt"ın legioneri millidən yazdı: "Heyrətamiz mübarizə apardıq" - FOTO

"Sumqayıt"ın legioneri Terrens Tisdel Liberiya millisinin heyətində Afrika Millətlər Kubokunun seçmə oyununda iştirak edib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi CAR-a qarşı səfərdə keçirilən və 2:2 hesabı ilə başa çatan görüş haqda bunları yazıb:

"Səfərdə yaxşı nəticə qazanmaq üçün vacib matçda bütün komanda heyrətamiz mübarizə apardı.

Dünyanın hər yerindən bizə sona qədər dəstək olan xalqımıza böyük təşəkkür düşür.

İndi biz diqqətimizi millətimizin gözlərində sevinci saxlamaq üçün evə dönərkən qazana biləcəyimiz növbəti matçı düşünürük".

Tisdel CAR-a qarşı görüşə start heyətində meydana çıxıb və 67-ci dəqiqədə komanda yoldaşı ilə əvəzlənmişdi.

Digər Xəbərlər
Xəbər Lenti