"Sumqayıt"da gizli ayrılıq

28 Mart 2023 23:00 Sumqayıt 1 170
"Sumqayıt"da gizli ayrılıq

"Sumqayıt"da ayrılıq baş tutub.

Belə ki, əvəzedici komandanın çalışdırıcısı Vüqar Quliyevlə yollar ayrılıb.

Səbəb kollektivin göstərdiyi nəticələrlə bərabər, həm də gənc mütəxəssisin düşərgədə xoş olmayan atmosfer yaratmasıdır.

Qısacası, problem acıdil olmasıdır.

Maraqlı olan digər məsələ isə odur ki, bu ayrılıq həftələr əvvəl reallaşsa da ictimaiyyətə hələ də məlumat verilməyib.

Maraq üçün bildirək ki, "Sumqayıt-2" I divizionda sonuncu pillədə qərar tutur. Aktivində 19 qol olan "kimyaçılar" öz qapısından 41 qol buraxıb.

Quliyev ötən ilin yayından "Sumqayıt-2"ni çalışdırırdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR