
«Sumqayıt» yönətimi futbolçuları ruhlandırmaq üçün növbəti addımı atıb.
Klubun prezidenti Riad Rəfiyev bu məqsədlə mükafat fondunu artırıb.
«Kimyaçılar» Premyer Liqanın növbəti turlarında qazanacağı hər qələbəyə görə adambaşı 1500 manat «ənam» alacaq».
Bu isə əvvəlki ilə müqayisədə hardasa iki dəfə yüksək məbləğdir.
«Gənclik şəhəri» təmsilçisi mövsümün geridə qalan 27 həftəsində 21 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ