0:6 hesabıyla uduzan baş məşqçi: "Qarabağ"ı udmaq, xal almaq problem deyil"

17 Mart 2023 02:30 Sumqayıt 454
0:6 hesabıyla uduzan baş məşqçi: "Qarabağ"ı udmaq, xal almaq problem deyil"

"Qarabağ"ı udmaq, onlardan xal almaq problem deyil.

Sadəcə, anlamalıyıq ki, bu "Sumqayıt" onu edə bilərmi? Reallıqlara baxsaq, gücümüz çatmaz".

Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov evdə "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVII tur oyunu haqda deyib.

45 yaşlı mütəxəssis rəqibi layiqli qələbə münasibətilə təbrik edib:

"Bu "Qarabağ"la oynamaq bizim üçün çox çətindir. Çempionatda son dövrəyə giririk.

Vacib oyunlar olacaq. İki ağır məğlubiyyətdən sonra vaxtımız var, hazırlaşacağıq".

O, komandasının tez təslim olmasını buraxılan qollarla əlaqələndirib:

"Qapında qol gördükcə, özünə, komanda yoldaşlarına inam itir və nəticədə belə olur. Buraxdığımız qollar bizim gücümüzü göstərir.

Söhbət ruhdan, ürəkdən getmir. Bunlar önəmli ola bilər. Amma iki ötürmədən sonra topu itirirsənsə, buna nə ürək lazımdır?

Bugünkü "Sumqayıt"ın "Sabah" və "Qarabağ" kimi komandalara qarşı oynaması həddindən artıq çətindir. Topu saxlaya bilmirik. Keyfiyyət bəllidir".

Abasov fasilədə futbolçularla çox danışmadığını vurğulayıb:

"Sadəcə bildirdim ki, bu, oyundur, hər şey ola bilər. Uzağa getməyək, dünən Çempionlar Liqasında "Mançester Siti" "Leyptsiq"i 7:0 hesabı ilə uddu.

Kiminsə üstünə düşmək lazım deyil. Dedim ki, çıxaq, ikinci hissədə yaxşı oyun göstərək.

Bu gün 0:4, 0:6 hesabı ilə uduza bilərik. Amma meydanda da nələrisə göstərməliyik".

Digər Xəbərlər
Xəbər Lenti