Yaylıq götürüb ağlamaq istəyirsən

16 Mart 2023 09:40 Sumqayıt 523
Yaylıq götürüb ağlamaq istəyirsən

Sumnayıt son illərdə ən çətin səfərlərdən sayılıb.

Bu, xüsusən Ayxan Abbasovun yerli komandanı çalışdırdığı vaxt belə idi.

Qonaq tərəf buradan asan qələbə ilə ayrılacağını ağlının ucundan keçirmirdi.

Dövr dəyişib artıq. «Sumqayıt»ı Sumqayıtda udmaq asanlaşıb. Doğma divar və azarkeş amili «Sumqayıt»a kömək etmir.

Gərək komandanın özündə o təpər o istək olsun ki, meydan və tərəfdar ona yar və yardımçı olsun.

Samir Abasov yarım ildən çoxdur köhnə iş yerinə dönüb. Bu müddətdə bir şeylər edib, amma azdır.

Onun komandaları həmişə döyüşkənliyi, hücum futbolu ilə seçilib. Abasova məşqçi kimi simpatiya qazandırıan faktorların başında da məhz bu gəlir.

Bir az belə getsə, o imicdən əsər-əlamət qalmayacaq. «Sumqayıt»ın meydandakı halını görüncə, yaylıq götürüb ağlamaq istəyirsən.

Keçən müddətdə xeyli sayda futbolçu gətirib, ancaq yenə o əzmkarlığı komandaya qaytara bilməyib.

«Sumqayıt» Ayxan Abbasovun dönəmində də evdə «Qarabağ»a 6-7 qolluq fərqlə uduzub. Onda belə bu cür təslim olmamışdılar, əl-qollarını yanlarına salıb durmamışdılar.

Dünən isə «Sumqayıt» oyunun əvvəlindən böyükhesablı məğlubiyyətə «göz qırpdı».

MUSA

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!