"Sumqayıt"ın legioneri "Qarabağ"dan Braziliya mediasına elə sözlər dedi ki…

15 Mart 2023 17:20 Sumqayıt 2 065
"Sumqayıt"ın legioneri "Qarabağ"dan Braziliya mediasına elə sözlər dedi ki…

"Rəqibdən asılı olmayaraq, istənilən komanda ilə oyuna hər zaman ciddi, diqqətli və ən yaxşı şəkildə hazırlaşırıq.

Amma çempionatın lideri ilə görüş fərqli hisslər oyadır".

Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt"ın braziliyalı legioneri Dieqo Karioka Azərbaycan Premyer Liqasının XXVII turunda "Sumqayıt"a qarşı keçirəcəkləri oyun barədə ölkəsinin mətbuatına açıqlamasında deyib.

25 yaşlı hücumameylli yarımmüdafiəçi Ağdam təmsilçisinin əla komanda olduğunu bildirib:

"Rəqibə hörmət edirik. Lakin qarşıya qoyulan hədəfdən ayrılmamaq şərtilə öz oyunumuzu göstərməyə çalışacağıq.

Bu matçdan müsbət nəticə ilə ayrılmalı olduğumuzu başa düşürük".

Zədədən sonra 2 oyun keçirdiyini xatırladan vinger özünü yaxşı hiss etdiyini söyləyib:

"Getdikcə daha çox ritmdə olmaq üçün məşq edirəm. Mövsümün son hissəsində komandama kömək etmək üçün daim inkişaf etməyə çalışıram".

Dieqo Karioka bu ilin yanvarından "Sumqayıt"ın formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar