“Sumqayıt”la uzunmüddətli müqavilə bağladı – Ylğmanın yarımmüdafiəçisi

14 Mart 2023 19:20 Sumqayıt 482
“Sumqayıt”la uzunmüddətli müqavilə bağladı – Ylğmanın yarımmüdafiəçisi

"Sumqayıt" Səbuhi Abdullazadə ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə 2025/2026 mövsümünün sonunadək sözləşmə imzalanıb.

Futbola 2011-ci ildə “Sumqayıt” Futbol Akademiyasında başlayan Abdullazadə 2017/2018 mövsümündə - 15 yaşı olarkən Premyer Liqada debüt edib (14-cü tur, “Kəpəz” – “Sumqayıt” 0:3; 02.12.2017).

Ölkə çempionatında ümumilikdə 79 oyun keçirən yarımmüdafiəçi 1 dəfə qol vurmağa da müvəffəq olub.

Səbuhi Abdullazadə U-15, U-16, U-17, U-19 və U-21 yığmalarının da uğurları üçün çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti