Arzuolunan və ya acı sonluq - PREMYER LİQAMIZDA

14 Mart 2023 17:00 Sumqayıt 1 487
Arzuolunan və ya acı sonluq - PREMYER LİQAMIZDA

Azərbaycan Premyer Liqası sürətlə sona yaxınlaşır.

Artıq finişə cəmi 10 tur qalır. İndi futbol ictimaiyyətini çempiondan çox, görəsən, elitanı kim tərk edəcək sualı daha çox düşündürür.

Hazırda buna ən yaxın komanda "Səbail" görünür. Şahin Diniyevin görəvə gətirilməsi də Bayıl təmsilçisinin işinə yaramadı.

Uzun müddətdir bu kollektiv sonuncu pillədən qurtula bilmir. Açığı, əksəriyyət üçün həm də arzuolunandır ki, "Səbail" yüksək liqanı tərk etsin. Əvəzində premyer liqamız daha bir bölgə klubu ilə yeni rəqabət mühitinə addım atmış olsun.

Səmimi etiraf edək ki, yarandığı gündən bu klub özünə sevgi qazandıra bilməyib. Zaman-zaman mənfi fikirlərə yol açıb. Futbolumuzun belə bir klubdan canını qurtarması üçün bundan gözəl fürsət?

Azərbaycan azarkeşinin illərdi istədiyi, arzuladığı da elitada bölgə klubunun say çoxluğu təşkil etməsidir.Bu mövsüm "Turan Tovuz" və "Kəpəz"in gəlişi rəqabəti bir xeyli artırıb. Ümid edək ki, bu dəfə "Səbail" yeni bölgə klubunun gəlişinə zəmin yaradacaq.

Biri də var paytaxt klubunun öz yerini qoruması fonunda "Kəpəz", "Şamaxı" və "Sumqayıt"dan birinin birinci diviziona düşəcəyidir.

İlk iki kollektiv bölgələrimizi təmsil edir. Belə erkən diviziona getmələri, ancaq üzüntü gətirmiş olacaq. Lakin oynadıqları futbol narahatlığa əsas vermir.

Bəs, "Sumqayıt"?

Bəli,elə ən acı sonluq bu komanda ilə bağlı yarana bilər.

Düzdü, Samir Abasovun yetirmələri sonuncu pillədən 4 xal öndədir. Amma oyun olaraq hətta onlardan da geri qalırlar.

Deməli, təhlükə qapıdadır. Ölkəmizin ikinci ən böyük şəhəri böyük futboldan uzaq düşə bilər.

Acınacaqlı olanı bilirsiz nədir? Neçə illərdi hazırlanan, ən müasir standartlara uğun tikiləcən şəhər stadionu sahibsiz qalacaq.

"Sumqayıt" rəhbərliyi, məşqçilər korpusu əlini çırmalayıb belə vəziyyətdən çıxmalıdır..Əks halda, təkcə Sumqayıtın futbol adamları yox, elə ölkənin də bütün futbolsevərləri onları unutmayacaq. Lənət də ız yerində...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"