"Dəfələrlə futbolçulardan bunu başa düşüb-düşmədiklərini soruşdum"

10 Mart 2023 22:30 Sumqayıt 452
"Dəfələrlə futbolçulardan bunu başa düşüb-düşmədiklərini soruşdum"

“Rəqibi təbrik edirəm, layiqli qələbə qazandılar.

Xüsusilə buraxdığımız qollarda keyfiyyət öz sözünü dedi.

Biz də qol vura bilərdik, amma təəssüf ki, bunu bacarmadıq.

Hücumun son mərhələsində oyunçunun hansı qərarı verəcəyindən çox şey asılıdır. Biz bunu “Sabah”da gördük. Bu oyunun üzərində çox dayanmaq istəmirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 26-cı turunda "Sabah"a 0:4 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Deməzdim ki, “Sabah”a qarşı oyunlarımız alınmır. Məsələn, biz çox çalışdıq və bu gün ilk qolu rəqibin vurmasının qarşısını necə alacağımız barədə məşqlərdə danışmışdıq.

Dəfələrlə futbolçulardan bunu başa düşüb-düşmədiklərini soruşdum. Onlar başa düşdüklərini söylədilər.

Amma matçda məhz belə bir qol gördülər və bu üzücüdür. Fasilədən sonra daha yaxşı oynamağa, rəqibə təzyiq göstərməyə başladıq.

Qol vursaydıq, nəticə başqa cür ola bilərdi. Amma sonra öz qapımızda qollar gördük.

Hesabın oyuna görə olduğunu əminliklə deyə bilmərəm. Biz də qol vursaydıq, daha yaxşı olardı"- deyə o bildirib.

Digər Xəbərlər
Xəbər Lenti