De Byazi "Arsenal"ın sabiq forvardı ilə bağlı TƏRƏDDÜD EDİR

9 Mart 2023 14:40 Sumqayıt 1 263
De Byazi "Arsenal"ın sabiq forvardı ilə bağlı TƏRƏDDÜD EDİR

Azərbaycan yığması bu ay AVRO-2024-ün seçmə mərhələsinə start verəcək.

Komandamız Avstriya və İsveçlə üz-üzə gələcək.

Baş məşqçi Canni De Byazi düşərgəyə yeni adlar çağırmağa tərəddüdlə yanaşır. Bəzi futbolçular var ki, italiyalı çalışdırıcının onlarla bağlı fikri birmənalı deyil.

Bu oyunçulardan biri də Kamran Əliyevdir. İki aydır «Sumqayıt»ın sıralarında yer alan 23 yaşlı hücumçunu izləyən apenninli mütəxəssis onun performansından o qədər də razı qalmayıb.

Tula «Arsenal»ından «gənclik şəhəri» təmsilçisinə gəlmiş forvardın oyun praktikasının azlığı De Byazini narahat edir.

Yığmanın sükançısı AFFA tərəfindən milliləşdirilməsi düşünülən Əliyev barədə yekun rəyini yaxın günlərdə verəcəyini bildirib.

Bu mövzuda federasiya mənsubları ilə söhbətləşən baş məşqçi Kamranın özüylə təkbətək görüşmək istədyini bildirib.

SPORTİNFO.AZ

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!