
“Sumqayıt” Premyer Liqanın 25-ci turunu qələbə ilə başa vurdu.
“Səbail”in qonağı olan “kimyaçılar” son saniyələrdə Terrens Tisdelin penaltidən vurduğu qolla 3 xalı aktivinə yazdıra bildi.
Matçın 78-ci dəqiqəsində Kərim Abubakarın əvəzinə meydana çıxan liberiyalı legionerə qəhrəman olmaq üçün təxminən 20 dəqiqə yetərli oldu.
Bu, həm də onun Sumqayıt təmsilçisində ilk qolu kimi tarixə düşdü.
24 yaşlı vinger oyundan sonra təəssüratlarını Sportinfo.az-la bölüşüb:
“İki ardıcıl məğlubiyyətdən sonra bütün komanda olaraq bu oyuna köklənmişdik. İlk dəqiqələrdən oyuna hücumlarla başladıq, hamılıqla yaxşı oyun nümayiş etdirdik.
Hər kəs meydanda bütün gücünü sərf etdi, nəticədə əziyyətimizin bəhrəsini gördük.
Bütün komanda olaraq sonacan vuruşduq, nəticədə son dəqiqədə penalti qazandıq ki, bunu da qola çevirərək 3 xalı qazandıq.
İndi bu uğuru davam etdirmək istərdik. Liderlər sırasında qərarlaşan “Sabah”la bizi daha çətin oyun gözləyir”.
XANOĞLAN