
Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Səbail" Bayılda "Sumqayıt"ı qəbul edib.
"ASCO Arena"dakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. Qələbə qolunu 90+8-ci dəqiqədə penaltidən Terrens Tisdel vurub.
68-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Qustavo de Fransa birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
"Gənclik şəhəri" təmsilçisi qələbə sayəsində xallarının sayını 21-ə çatdıraraq 7-ci pilləyə yüksəlib. "Dənizçilər" isə 17 xalla sonuncu - 10-cu sırada qərarlaşıb.