
Premyer Liqanın 25-ci turunda "Səbail"lə görüşdə "Sumqayıt"a 1:0 hesablı qələbə qazandıran Terrens Tisdel instaqram hesabında paylaşım edib.
Sportinfo.az xəbər verir ki, liberiyalı yarımmüdafiəçi bu cür yazıb:
"Bizim üçün düzgün istiqamətdə vacib qələbə. Bütün komanda heyrətamiz mübarizə apardı.
“Sumqayıt”dakı ilk qolum. İnşallah çoxlu qollarımdan birincisi oldu. Hər zaman Allah ilk sıradadır. Heç vaxt ona inanmağı dayandırmayın və öz növbənizi gözləyin".