Azərbaycan klubunda baş məşqçi istefası gündəmə gəldi - SON DƏQİQƏ

3 Mart 2023 21:00 Sumqayıt 5 442
Azərbaycan klubunda baş məşqçi istefası gündəmə gəldi - SON DƏQİQƏ

Premyer Liqada növbəti baş məşqçi istefası qeydə alına bilər.

Və bu dəfə də «Sumqayıt»da!

Redaksiyamıza daxil olan məlumata görə, Samir Abasov postu ilə vidalaşmaq niyyətindədir.

Ötən ilin payızında «kimyaçılar»ın düşərgəsinə qayıdan mütəxəssis əldə olunan nəticələrdən narazıdır və vəziyyətin düzələcəyinə inanmır.

Futbolçuların onun ümidini doğrultmaması təcrübəli çalışdırıcıda bədbinlik yaradıb və bu barədə fikirlərini rəsmilərlə bölüşüb.

O, komandanı heç cür toparlaya bilmədiyini, oyunçuların işə məsuliyyətlə yanaşmadığını qeyd edib və Premyer Liqanın son iki turunda «Qəbələ» və «Kəpəz»ə məğlubiyyəti bununla əlaqələndirib.

Abasov bu gedişlə elitada qalmağın çətin olacağını vurğulayıb və hər an buradan ayrılacağını istisna etməyib.

SPORTİNFO.AZ

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!