Sabah Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.
“Sumqayıt” ikinci oyun günündə, yəni, martın 4-də “Səbail”in qonağı olacaq.
Bu qarşılaşma hər iki tərəf üçün qızıldan qiymətli əhəmiyyət daşıyır.
Turnir cədvəlinin “dib”inə “dəmir atan” “Səbail” mütləq çalışacaq ki, 3 xal qazansın. əksi olsa, “dənizçilər”in vəziyyəti bir qədər də qəlizləşəcək.
Autsayderlər qrupunu yaxından maraqlandıran qarşılaşma Rəşad Əhmədovun başçılıq etdiyi hakimlər briqadasına tapşırılıb.
Qonaqlar maksimum ehtiyatlı olmalıdır. Bayıldakı oyunda istənilən neqativ hadisə baş verə bilər.
AFFA-nın bəzi rəsmiləri matçöncəsi Şahin Diniyevlə görüşüb. Federasiya mənsubları baş məşqçiyə dəstək nüamyiş etdirib, ona hər cür köməıklik göstərməyə hazır olduqlarını bildiriblər.
Qurumun nümayəndələri deyib ki, onlar “Səbail”in Premyer Liqada yerini qoruyacağına əmindilər.
Bu görüşdən sonra Rəşad Əhmədovun Bayıldakı qarşılaşmaya təyinat alması heç də təsadüfə oxşamır. Axı o, istənilən matçda hər cür “səhv”ə hazır referi kimi özünü tanıdıb.
Atası Rövşən Əhmədovun yoluyla gedən gənc “fit sahibi”nin cari mövsümdə təyinat aldığı əksər oyunlarda verdiyi qərarlarla dəfərlərlə gündəmə gəlməsi “Sumqayıt”ı qayğılandırmalıdır.
Hərəkətə keçməli, AFFA-ya öz narahatlıqlarını ifadə etməli, Diniyevlə bir araya gələn əməkdaşların məqsədini öyrənməlidirlər.
Qoy, nə eşidəcəklərsə, öz dillərindən eşitsinlər, ehtiyatlı tərpənsinlər. Sonra geç ola bilər.
Əhmədov bilərəkdən və ya bilməyərəkdən “Səbail”in lehinə hər hansı xəta etsə, bunu sığortalamaq mümkün olmayacaq.
SPORTİNFO.AZ

