Komandasına hirsləndi, otağı bir-birinə qatdı - HADİSƏ

2 Mart 2023 14:00 Sumqayıt 951
Komandasına hirsləndi, otağı bir-birinə qatdı - HADİSƏ

Premyer Liqanın son iki turunda məğlubiyyətlə üzləşən «Sumqayıt»ın baş məşqçisi Samir Abasov acığını şüşə qabdan çıxıb.

«Kimyaçılar»ın çalışdırıcısı «Kəpəz»lə evdə keçirilən matçdan (1:2) sonra əsəblərini cilovlaya bilməyib.

Futbolçularına əsəbiləşən mütəxəssis paltardəyişmə otağında şüşə qabı divara çırpıb.

O, mətbuat konfransında da oyunçularının ünvanına tənqidlər səsləndirib. Medianın önünə çıxan baş məşqçi onları «ağ yuyub, qara sərib»:

«Ustalıq səviyyəsi yoxdur, yaxşı, bunu başa düşdük. Heç olmasa, ürəyini meydanda qoymalısan, hər mübarizədə birinci olmalı, birinci və ikinci topları götürməlisən.

Bunlar da yoxdursa... Bizim kimi komandalar üçün ustalıq səviyyəsindən danışmaq yersizdir.

Amma dediyim ruhla da oynamayanda, nəticə bəlli olur. Bu oyun göstərdi ki, biz elə ən axırıncı pillədə olmağa layiqik».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti