Vüqar "Bakı"da başladı, "Sumqayıt" ilə Premyer Liqada 200-ə…

28 Fevral 2023 01:10 Sumqayıt 606
Vüqar "Bakı"da başladı, "Sumqayıt" ilə Premyer Liqada 200-ə…

"Sumqayıt"ın futbolçusu Vüqar Mustafayev Premyer Liqanın 24-cü turunda "Kəpəz"ə qarşı keçirilən oyunda Azərbaycan çempionatlarında ümumilikdə 200-cü oyununa çıxıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin Premyer Liqada debütü 2013/14 mövsümündə “Bakı”da gerçəkləşib.

Vüqar adıçəkilən klubda 16, “Simurq”da 12, “Qarabağ”da 8, “Zirə”də 77, “Sumqayıt”da isə 87 oyun keçirib.

O, meydana çıxdığı 200 oyunda 2 dəfə rəqib qapılarına yol tapmağa da müvəffəq olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti