"Sumqayıt"a "qara zolaq"dan çıxmağın yolunu göstərdilər - FOTO FAKT

3 Mart 2023 19:40 Sumqayıt 1 175
"Sumqayıt"a "qara zolaq"dan çıxmağın yolunu göstərdilər - FOTO FAKT

“Sumqayıt” üçün uğursuz mövsüm davam edir.

“Kimyaçılar” son turda “Kəpəz”ə məğlub olmaqla işini bir qədər də çətinə salmış oldu.

İndi komandanı sonuncu pillədən cəmi 1 xal ayırır.

Görünür, Premyer Liqada növbəti mövsüm iştirak etmək elə də asan olmayacaq.

Amma klub prezidenti Riad Rəfiyev bu missiyanın yerinə yetiriləcəyindən əmindir.

Hər halda, rəhbər şəxsin yeni mövsümlə bağlı hazırlıqlı görünməsi belə deməyə əsas verir.

Belə ki, rəhbər şəxsin tanınmış şərhçi Pərviz Musayevin “feysbuk” hesabından paylaşdığı posta yazdığı rəy diqqət çəkib.

Musayev “Şamaxı” – “Sabah” görüşündən foto paylaşaraq “Bu mövsüm ilk dəfə “Şamaxı”nın oyununda” sözlərini yazıb.

Futbolun İnkişaf Fondunun (FİF) Himayəçilər Şurasının üzvü Şaiq Qəribzadə “Deyəsən, bu mövsüm Sumqayıtda olmamısız” rəyini yazıb.

Pərviz bəy şərhə cavab olaraq “Olmuşam. “Qəbələ” (1:1), “Səbail” (2:0), və “Turan Tovuz”la (2:1) matçlarda. 7 xal necədir?".

Cavabdan məmun qalan FİF rəsmisi yaxın dostu olan Riad bəyi işarələyərək “Ay kişi, tapdım, yeni stadionumuzda diktorumuz” sözlərini yazıb.

Klub rəhbəri təklifdən razılıq işarəsi göstərən smaylık atmaqla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti