Nazirlik Kamranın probleminin həllinə RAZILIQ VERDİ

27 Fevral 2023 11:40 Sumqayıt 985
Nazirlik Kamranın probleminin həllinə RAZILIQ VERDİ

“Sumqayıt”ın hücumçusu Kamran Əliyev yaxın tarixdə Azərbaycan vətəndaşlığı alacaq.

Bu ayın əvvəlindən Premyer Liqada çıxış etməyə başlayan 25 yaşlı forvardın problemi böyük ölçüdə həllini tapıb.

Gənclər və İdman Nazirliyi onunla bağlı AFFA-dan etdiyi müraciəti müsbət qarşılayıb.

Kamran təmiz azərbaycanlıdır. Ailəsi Gədəbəydəndir, özü də bu rayonda dünyaya gəlib. Daha sonra Rusiyaya köçüblər və yaşadıqları ölkənin vətəndaşlığını alıblar.

Uzun illərdən sonra vətənə qayıtmağa qərar verən futbolçu texniki məsələlərə görə hələlik legioner kimi Peşəkar Futbol Liqasına sifariş olunub.

“Arsenal”ı (Tula) “kimyaçılar“a dəyişən Kamran Canni De Byazinin diqqət mərkəzindədir. Yığmanın baş məşqçisi U-21-in keçmiş hücumçusunu qarşıdakı ay və ya aylarda düşərgəyə cəlb edəcək.

İtaliyalı çalışdırıcı «gənclik şəhəri» təmsilçisi ilə 2,5 illik müqavilə imzalamış forvarda AVRO-2024-ün seçmə mərhələ oyunlarında şans verəcəyini AFFA mənsublarının diqqətinə çatdırıb.

“Ximki”nin yetirməsi olan Kamran Əliyev karyerası ərzində “SKA Xabarovsk” və “Arsenal”da da çıxış edib. O, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində 2 yoxlama oyununda meydana çıxıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti