“Zirə” və “Sabah”ın futbolçuları bir-birlərini YUMRUQLADLAR

24 Fevral 2023 01:10 Sumqayıt 1 121
“Zirə” və “Sabah”ın futbolçuları bir-birlərini YUMRUQLADLAR

AFFA “Zirə” və “Sabah”ın U-17 komandasının bir futbolçusunu dalaşdığı üçün cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qərar İntizam Komitəsinin bu gün baş tutan iclasında verilib.

Xoşagəlməz hadisə U-17 Liqasında “Sabah” – “Zirə” oyununun 75-ci dəqiqəsində yaşanıb.

“Zirə”nin futbolçusu İslam Əhmədov rəqibi yumruqla vurduğu üçün qırmızı vərəqə alıb. Həmçinin, “Sabah”ın üzvü Riyad Süleymanov da analoji addımına görə meydançadan qovulub.

Bu davranışlarına görə, hər iki oyunçu 4 oyunluq cəzalandırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti