"Özümü burada çox yaxşı hiss edirəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın yeni lıegioneri Musaki Murata deyib.
Qış fasiləsində "kimyaçılar"la anlaşan yaponiyalı ölkəmizdə keçən ilk günləri barədə söz açıb. O, çempionatımızın səviyyəsini yaxşı qiymətləndirib:
“Açığı, bura gələnə kimi Azərbaycan çempionatı haqda heç bir məlumatım yox idi.
Təbii ki, təklif olandan sonra araşdırmağa, məlumat toplamağa başladım. Hazırda komandanın içində olduğum üçün deyərdim ki, səviyyə də yaxşıdır".
"Gənclik şəhəri" təmsilçisi son olaraq Latviyada - "Valmiera”da çıxış etmiş yarımmüdafiəçi ilə 1.5 illik müqavilə imzalayıb.
Ötən mövsüm Latviya çempionu olan 24 yaşlı futbolçu 32 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
O, UEFA Konfrans Liqasında keçirdiyi 2 matçda da bir dəfə fərqlənməyi bacarıb.

