“Arsenal”ın sabiq forvardı Azərbaycan millisində

21 Fevral 2023 13:00 Sumqayıt 2 148
“Arsenal”ın sabiq forvardı Azərbaycan millisində

Bu ayın əvvəlindən “Sumqayıt”ın formasını geyinən Kamran Əliyev tezliklə əsas milliyə çağırılacaq.

Sportinfo.az bu haqda məlumatı AFFA-dan əldə edib.

Federasiyadan redaksiyamıza verilən məlumata görə, “Arsenal”ı (Tula) “kimyaçılar“a dəyişən 25 yaşlı hücumçu Canni De Byazinin diqqət mərkəzindədir.

Yığmanın baş məşqçisi U-21-in keçmiş hücumçusunu qarşıdakı ay və ya aylarda düşərgəyə cəlb edəcək.

İtaliyalı çalışdırıcı «gənclik şəhəri» təmsilçisi ilə 2,5 illik müqavilə imzalamış forvarda AVRO-2024-ün seçmə mərhələ oyunlarında şans verəcəyini AFFA mənsublarının diqqətinə çatdırıb.

“Ximki”nin yetirməsi olan Kamran Əliyev karyerası ərzində “SKA Xabarovsk” və “Arsenal”da da çıxış edib. O, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində 2 yoxlama oyununda meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti