FİFA referisi "Sumqayıt"ın başına bu cür "oyun açdı" VİDEO

19 Fevral 2023 14:00 Sumqayıt 946
FİFA referisi "Sumqayıt"ın başına bu cür "oyun açdı" VİDEO

«Sumqayıt» Premyer Liqanın 23-cü turunda «Qəbələ»nin qonağı oldu.

Ötən həftə «Şamaxı»ya qalib gəlmiş «kimyaçılar» bu səfərə yüksək əhval-ruhiyyə ilə yollansa da, Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası onların kefinə «soğan doğradı».

FİFA referisi 44-cü dəqiqədə qonaqların əleyhinə yanlış qərar verdi. O, Ülvi İsgəndərovun hesabı açdığı epizodun iki kobudluq halıyla müşahidə olunmasına göz yumdu.

«Qəbələ»lilər qoldan öncə iki dəfə qaydaları pozdu, rəqib futbolçuları yerə yıxıb ayaqladılar, di gəl, Ağayev heç VAR kamerası önünə keçmədi, təkrara baxmadı.

Qonaqlar «fit sahibi»nin onlara münasibətdə saymazyana davranmasına etiraz etdi, bu da nəyisə dəyişmədi.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti