"Sumqayıt"ın yarımmüdafiəçisi Masaki Murata "Qəbələ"yə məğlub olduqları (1:2) oyundan sonra açıqlama verib.
Yaponiyalı legioner bunları deyib:
"Birinci hissədə "yatmışdıq". Yalnız ikinci hissədə "ayıldıq" və daha yaxşı oynadıq.
Təəssüf ki, məğlub olduq. Amma deyərdim ki, yaxşı, eyni zamanda gənc komandamız var.
Bununla bərabər, təcrübəli kapitanımız var. Onun bir gənc futbolçu kimi mənə də çox böyük dəstəyi olur".
XANOĞLAN / SPORTİNFO.AZ

