"Sumqayıt" Qəbələ səfərindən məğlubiyyətlə qayıtdı - 1:2.
Məğlubiyyətdən çox isə baş hakim Əliyar Ağayevin qərarları qonaqları narazı saldı.
Bunu matçdan sonra futbolçuların giley-güzarından hiss etməmək mümkün deyildi.
Xüsusi ilə buraxılan ilk qolla bağlı.
Belə ki, Ülvin İsgəndərovun hesabı açdığı hücumun əvvəlində Rafael Utziqlə mübarizədə iki "Sumqayıt"lı futbolçu yerdə qalsa da FİFA referisi davam qərarı verdi.
Qoldan sonra isə VAR-a baxmadan qolun qaydalar çərçivəsində vurulduğu təsdiqləndi.
Həqiqətən epizodun təkararına baxanda da qaydanın pozulduğu açıq-aşkar görünür.
İşin ən maraqlı tərəfi isə odur ki, braziliyalı legioner özü də qaydalar çərçivəsində oynamadığını etiraf edib.
O, elə qarşılaşmanın gedişində "kimyaçılar"ın kapitanı Vurğun Hüseynova yaxınlaşaraq onun ayağına zərbə endirdiyini səmimi etiraf edib.
Amma nədənsə Ağayevin gözünün önündə başverənlərə görməzdən gəlib.
XANOĞLAN / SPORTİNFO.AZ

