«Sumqayıt» bu gün Premyer Liqanın 23-cü turu çərçivəsində «Qəbələ»nin qonağı olacaq.
Autsayderlər qrupundan uzaqlaşmağı qarşısına məqsəd qoyan «kimyaçılar» səfərdən istədiyi nəticəylə dönərsə, yüksək miqdarda mükafat alacaq.
3 xal müqabilində «gənclik şəhəri» təmsilçisinin futbolçularını adambaşı 1000 manat «ənam» gözləyir.
Sumqayıtlı oyunçular ötən tur «Şamaxı»nı qəbul edib və 2:1 hesablı qələbəyə sevinib. Bu münasibətlə komanda üzvlərinə 500 manat mükafat ödənilib.
SPORTİNFO.AZ

